Məxfilik Siyasəti
Gizlilik Siyasəti’mizə Xoş gəldiniz!
Sizin gizliliyiniz bizim üçün vacibdir.
Saytımızda fəaliyyət göstərərkən toplanmış olan məlumatların gizliliyinin qorunması Sifarisim.com-un əsas siyasətidir. Bu Gizlilik Siyasəti https://sifarisim.com -a şamil edilir (daha sonra, “biz”, və ya “https://sifarisim.com”). Biz gizliliyinizə hörmətlə yanaşırıq və veb-sayt vasitəsilə bizimlə paylaşacağınız məlumatları qorumaqda qərarlıyıq. Biz bu gizlilik siyasətini (“Gizlilik Siyasəti”) sizlərə veb-sayt üzərindən hansı məlumatların əldə olunacağını və bu məlumatların necə istifadə olunacağını aydınlatmaq üçün ərsəyə gətirdik . Bu Gizlilik Siyasəti bizim sadəcə Veb-sayt üzərindən əldə etdiyimiz məlumatlara tətbiq olunur və digər mənbələrdən əldə etdiyimiz informasiya toplusu ilə heç bir bağlılığı yoxdur.
Sifarisim.com Tərəfindən Müştərilər Haqqında Hansı Şəxsi İnformasiyalar Toplanılır ?
Müştərilərdən əldə etdiyimiz məlumatlar bizə keyfiyyəti artırmağa və sizin Sifarisim.com təcrübənizi mükəmməlləşdirməyə xidmət edir. Əldə etdiyimiz informasiya formaları bunlardır:
- Sizin Verdiyiniz Məlumatlar: Biz sizin veb saytda daxil etdiyiniz və hər hansı yolla bizə vermiş olduğunuz məlumatı əldə edir və yaddaşda saxlayırıq. Siz müəyyən informasiyanı bizimlə bölüşməkdən imtina edə bilərsiniz, lakin bu halda veb saytda bəzi üstünlüklərdən yararlana bilməyəcəksiniz. Sizin bizə vermiş olduğunuz məlumatları biz istəklərinizi qarşılamaq və ya sizinlə əlaqə yaratmaq məqsədilə istifadə edirik.
- Avtomatik İnformasiya: Sizin bizimlə əlaqə yaratdığınız zaman biz bəzi məlumatları qəbul edir və yaddaşda saxlayırıq. Məsələn, bir çox veb-saytlar kimi, biz “cookies”-dən istifadə edirik və internet brovseriniz Sifarisim.com veb-saytı ilə əlaqə yaratdıqda bəzi informasiyaları əldə etmiş oluruq.
- E-poçt Kommunikasiyası: Daxil olan e-poçt məktublarını daha maraqlı və faydalı olmasına yardım etmək məqsədilə , biz sizin Sifarisim.com –da qeydiyyatdan keçirdiyiniz e-poçt adresləri ilə bağlı təsdiq mesajı alırıq. Həmçinin biz müştərilərimizə gərəksiz mesajları göndərməkdən qaçınmaq üçün müştəri siyahısını davamlı olaraq tənzimləyirik.
Sifarisim.com Əldə Etdiyi Məlumatları Paylaşırmı?
Müştərilərimizlə bağlı məlumatlar biznesimizin əsas parçasıdır və biz bu məlumatları başqalarına satmaq biznesinə daxil deyilik. Biz müştəri məlumatlarını aşağıda qeyd olunan qaydalarda paylaşırıq:
- Sifarisim.com və Başqalarının Qorunması: Biz hesab və digər şəxsi məlumatları qanunla qəbul edilmiş qaydada, qeyd olunmuş icazələrlə Sifarisim.com, istifadəçilərimiz və digərlərinin haqlarının qorunduğu halda üzə çıxarırıq. Aydındır ki bu özündə şəxsi məlumatların satılmasını,paylaşılmasını və icarəyə verilməsini və ya satış məqsədilə istifadə olunmasını əks etdirmir.
- Sizin Razılığınız İlə: Yuxarıda qeyd olunduğu kimi, sizinlə bağlı məlumatlar üçüncü tərəfə ötürüldükdə bu haqda bildiriş alacaqsınız, və siz bu məlumatları paylaşmamağı seçmək imkanına sahibsiniz.
Mənim Haqqımda Məlumat Hansı Səviyyədə Qorunur?
- Biz daxil etdiyiniz informasiyaları şifrələyən Təhlükəsiz Yuva Qatı (Secure Socket Layer – SSL) vasitəsilə informasiyaları ötürdüyünüz zaman onları qorumağa çalışırıq.
- Ödənişi kartla etdiyiniz halda, sifarişinizin təsdiqi zamanı biz kredit kartınızın yalnızca son 4 rəqəmini əks etdiririk. Təbii ki biz ödənişin tam həyata keçməsi üçün kredit kart məlumatlarını müvafiq kredit kart şirkətinə göndəririk.
- Sizin üçün şifrənizin kənar şəxslər tərəfindən əldə olunmasından və kompyuterinizə icazəsiz daxil olmalardan qorunmaq olduqca vacibdir . Bu səbəbdən fəaliyyətinizi bitirdikdən sonra hesabınızdan çıxmağı unutmayın.
Toplanılacaq Məlumatlarla Bağlı Nümunələr
- Bizə Verdiyiniz Məlumatlar
Biz Siz axtarış etdiyiniz, məhsul aldığınız, müsabiqələrdə iştirak etdiyiniz və müştəri təmsilçimizlə əlaqə yaratdığınız zaman müəyyən məlumatlar əldə etmiş oluruq. Məsələn, siz məlumat ötürürsünüz: məhsul axtarışı zamanı; Sifarisim.com-da sifariş verdiyinizdə; Hesabınıza və ya Profilizə məlumat daxil etdikdə (sifariş verdiyiniz zaman istifadə olunan digər e-poçt adresləri də qeyd olunur ); bizimlə telefon, e-poçt və digər vasitələrlə əlaqə yaratdığınızda; rəy və qiymətləndirmələr daxil etdiyinizdə. Bu fəaliyyətlərin nəticəsi olaraq siz bizə adınızı, soyadınızı, əlaqə məlumatlarınızı, kredit kart informasiyalarınızı, yaşadığınız və məhsulu göndərəcəyiniz ünvanları, e-poçt ünvanlarını vermiş olursunuz. - Avtomatik İnformasiya
Topladığımız və analiz etdiyimiz məlumatlara nümunə olaraq kompyuterinizi internetə bağlayan İnternet Protokolunu (İP adres) , login , e-poçt adresinizi, şifrənizi, kompyuter və bağlantı məlumatlarını (məsələn brovser növü,versiyası və vaxt sazlamaları, əməliyyat sistemi), alış tarixçəsi, izlədiyiniz və axtardığınız məhsulları və son olaraq bizimlə əlaqə yaratmaq üçün istifadə etdiyiniz mobil nömrənizi göstərə bilərik. Bəzi ziyarətləriniz zamanı sessiya məlumatlarını toplamaq və hesablamaq, səhifə əksəlaqəsi müddətini öyrənmək və xətaları yükləmək üçün JavaScript kimi proqram təminatından istifadə edə bilərik. Fırıldaqçılığın qarşısını almaq və diaqnostik məqsədlərlə bağlı cihazınızı müəyyənləşdirmək üçün texniki məlumatların toplanılması ehtimalı da mövcuddur.
Əlaqə Məlumatları
Əgər “Gizlilik Siyasəti”miz haqqında hər hansı bir sualınız varsa, xahiş edirik e-poçt vasitəsilə bizimlə əlaqə yaradın.