Çatdırılma və Ödəmə

Sifarisim.com – dəyərli müştərilərimizin tələb və istəklərinə maksimum diqqət yetirir, rahat alış-veriş etmələri üçün  lazımi şərait yaratmağa çalışır. Çatdırılmalar ölkədaxili və dünya üzrə həyata keçirilir. Ölkədaxili (Azərbaycan, Türkiyə və ABŞ) çatdırılmalarımız sifarişin məbləğindən asılı olaraq ödənişli və ya ödənişsiz həyata keçirilir.

Azərbaycan üzrə – Bakı, Sumqayıt və Xırdalan şəhərlərində 30 AZN və daha artıq, rayonlarda 50 AZN və daha artıq, Türkiyədə 80 TL və daha artıq məbləğdə sifarişlərin çatdırılması ödənişsizdir.

Bakı, Sumqayıt və Xırdalan şəhərlərində 30 manata qədər olan şifarişlərin çatdırılmasına görə 3 manat, rayonlara isə 50 manata qədər olan şifarişlərin çatdırılmasına görə 5 manat çatdırılma haqqı ödənilir.

Azərbaycanda rayonlara çatdırılma poçt və ya şəhərlərarası nəqliyyat vasitələri ilə həyata keçirilir. Rayonlara poçt və ya şəhərlərarası nəqliyyat vasitəsi ilə çatdırılması mümkün olmayan iri həcmli malların yük daşınma haqqı sifarişçi tərəfindən ödənilir.

Türkiyədə sifarişlərin ünvana çatdırılması daxili kargo şirkətləri tərəfindən həyata keçirilir.

Beynəlxalq çatdırılmalar isə mövcud tariflər əsasında poçt vasitəsi ilə göndərilir və ödənişin məbləğini öyrənmək üçün çatdırılacaq ölkə barədə məlumat əldə edildikdən sonra bildirilir.

Ölkədaxilində olan malların çatdırılması 24 saat ərzində, Türkiyədən Azərbaycana (və tərsinə) göndəriləcək olan malların çatdırılması 5 gün ərzində həyata keçirilir, digər ölkələrdən göndəriləcək malların çatdırılması isə fərqli müddətlərdə ola bilər. İstisna hallarda bizdən asılı olmayan səbəblərdən çatdırılmaların gecikdiyi hallarda sifarişçi ilə əlaqə saxlanılacaqdır.


Rayonlardan daxil olan və beynəlxalq sifarişlərdə alınan malın (malların) tam həcmdə ödənişi təmin olunduqdan sonra çatdırılma edilir. Bizdən asılı olmayan səbəblərdən sifarişçi sifariş etdiyi və ona çatdırılmış malı almaqdan imtina edərsə istənilən halda (ödənişli və ya ödənişsiz) çatdırılma haqqını ödəməlidir.

Şifarişçi çatdırılma zamanı bildirdiyi ünvanda olmalı və çatdırılmış malı vaxtında təhvil almalıdır.